“Botafoqo” Davide Ançelotti ilə vidalaşdı
18.12.2025 , 12:56
Braziliyanın “Botafoqo” klubu baş məşqçi Davide Ançelotti ilə əməkdaşlığı dayandırıb.
Korner.az xəbər verir ki, A Seriyası təmsilçisinin yaydığı rəsmi açıqlamaya əsasən, italiyalı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma yolu ilə ləğv olunub.
Davide Ançelotti cari ilin yayından etibarən komandaya rəhbərlik edirdi. Onun dövründə “Botafoqo” 32 oyuna çıxıb, 14 qələbə qazanıb, 11 qarşılaşmada heç-heçə edib və 7 dəfə məğlub olub.
Qeyd edək ki, Davide Ançelotti Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin oğludur.