“Boston” azarkeşləri Novitskiyə 3 xallıq atış üçün dəstək olub
05.01.2019 , 09:52
“Dallas Maveriks”in basketbolçusu Dirk Novitski rəqib komandadan dəstək görüb. NBA müntəzəm çempionatı çərçivəsində keçirilən “Boston” ilə oyunda elə də yaxşı təsir bağışlamayan veteran basketbolçu 3 xallıq atış cəhti edib.
16 dəqiqə ərzində 8 üçxallıq atışın heç birində dəqiq olmayan alman basketbolçu “TD Garden”də azarkeşlərin dəstəyini eşidib. Buna rəğmən basketbolçu bu atışı da reallaşdıra bilməyib.
Oyun “Boston”un qalibiyyətilə yekunlaşıb – 114:93
