big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Digər idman növləri

“Boşalma”

30.07.2012 , 07:56

Yay Olimpiya oyunları planetdə yaşayan hər bir insan üçün xüsusi önəm daşıyır. İdmançılar dördilliyin mötəbər yarışında iştirak etmək, jurnalistlər maraqlı reportajlar hazırlamaq, azarkeşlər isə rekordlarla bol yarış izləmək arzusu ilə yaşayırlar. Həqiqətən də, milyonlarla insanı öz ətrafında birləşdirən olimpiadanı səbirsizliklə gözləməyə dəyər.
Elə Londonda start götürən XXX Olimpiya oyunları açılış mərasimindən etibarən özünəməxsusluğu ilə diqqəti çəkdi. Tamaşaçılara maraqlı səhnələr təqdim edən britaniyalılar bir çox yeniliyə imza atdılar. Sadaladığım amillər hamısı öz yerində. Amma mən hələ də olimpiadadan ləzzət ala bilmirəm. Bunun da öz səbəbi var. Elə düşünməyin oyunlar maraqsız keçir. Əsla. Mənim dərdim başqadır.
Şənbə və bazar günü istirahət günləri olduğundan, oyunları anbaan canlı izləmək imkanı qazandım. Əvvəlki illərdən fərqli, bu dəfə olimpiadanın yayım hüququna İctimai televiziya yiyələnib. Amma ölkənin hakim telekanalı AzTV-nin idman kanalı “İdman Azərbaycan” da İTV-yə “qabırğadır”. Bu iki gündə adını çəkdiyim kanallar məndə idmana olan sevgini öldürdü. Kifayət qədər monoton şərhlər və ciddi səhvlər kanalları tez-tez dəyişməyimə səbəb olurdu.
Dəfələrlə idman mətbuatında böyük idman yarışlarının şərhləri tənqid olunub. Sözsüz ki, hər yazarın və şərhçinin özünün obyektiv və subyektiv faktları var. Yazıda sadalanacaq faktlar isə birbaşa milyonların qarşısında reportaj aparan şərhçinin idman növünü bilməməsi və savadsızlığından irəli gəlir…
Bir kanalda şərhçi ilə qonaq cüdo yarışını şərh edir. Qonağın iki sözündən biri “boşalma”dır. Yəni demək istəyir ki, idmançı ruhdan düşməməli və sonadək mübarizə aparmalıdır. Eyni sözləri şərhçi də təkrarlayır. Beş dəqiqəlik mübarizə zamanı təxminən 25-30 dəfə “boşalma” eşitmək insanda ikrah hissi oyadır. Bu sözün daha çox harada işləndiyini deməyəcəyəm. Bezib digər kanala çevirirəm. Burada vəziyyət daha bərbaddır. Cüdoçuların mübarizəsini “oyun” adlandıran şərhçi hərdən bu idman növünün döyüş olduğunu xatırlayırdı. Bu azmış kimi, Qayana dövlətinin adını tapa bilməyərək gah “Quana”, gah “Qana” deməyə nə ad verəsən, bilmək olmur.
Hələ bu azmış kimi, idmançımızın adını da düz söylənilmədi. Soltan Migitinov “Soltan Micitginov” kimi təqdim olunacağını bilsəydi, heç Olimpiya yığmamızın heyətində çıxış etməyə razılıq verməzdi. İki günlük qısa izləmə olimpiadanın şərhçiliyinin hansı vəziyyətdə olduğunu aşkar etdi. Sonra da deyirlər ki, niyə idman yarışlarını rus və türk kanallarından izləyirik? Hər şey göz qabağındadı. İdmançının adını, təmsil etdiyi ölkəni düzgün tələffüz edə bilməyən şərhçiyə hansı adı verəsən?! Vay o azarkeşlərin halına ki, mənim kimi, nə peyk antenası, nə də kabel kanalları var…

Son yazılar

To Top