BOS dünyanın ən yaxşı 100 arenası arasında
18.07.2023 , 23:53

“FourFourTwo” jurnalı dünyanın ən yaxşı 100 stadionunun siyahısını hazırlayıb.
Korner.az xəbər verir ki, bu arenaların arasında Bakı Olimpiya Stadionu (BOS) da yer alıb. BOS sıralamada 41-cidir.
Dünyanın ən yaxşı arenası isə Argentinadakı “La Bombonera” seçilib.
Braziliyanın məşhur “Marakana” stadionu 2-ci, Almaniyada “Borussiya”nın (Dortmund) ev oyunlarını keçirdiyi “Siqnal İduna Park” isə 3-cü olub.
