Almaniya Bundesliqasında mübarizə aparan “Borussiya”nın (Dortmund) futbolçusu Mario Götzedə maddalər mübadiləsi pozğunluğu aşkarlanıb.
Korner.az-ın məlumatına görə, bu səbəbdən son dünya çempionu hələlik məşqlərdə iştirak edə bilməyəcək.
Qeyd edək ki, alman futbolçu müxtəlif zədələrə görə fevralın əvvəlindən indiyədək komandasına kömək edə bilmirdi.
Xatırladaq ki, “Bavariya”dan “Borussiya”ya transfer olunduqdan sonra futbolçu bu mövsüm Bundesliqada 11 oyunda iştirak edib.
