Almaniya Bundesliqasında mübarizə aparan “Borussiya”nın (Dortmund) futbolçusu Marko Roys 1 ay yaşıl meydanlardan kənarda qalacaq.
Korner.az-ın məlumatına görə, alman futbolçu Çempionlar Liqasında “Benfika”ya qarşı keçiriləcək matçı da buraxmalı olacaq.
Xatırladaq ki, 27 yaşlı futbolçu dünən Bundesliqada “Bayer Leverkuzen”ə qarşı keçirilən matçda zədələnmişdi.
