“Borussiya” heyətini yeni hücumçu ilə gücləndirmək istəyir.
Dortmund təmsilçisi Argentinanın “Rasinq” klubunun futbolçusu Lautaro Martineslə yaxından maraqlanır. Hətta almanların 20 yaşlı forvard üçün qarşı tərəfə 32,5 milyon avro təklif etdiyi bildirilib. “Borussiya” rəsmiləri məbləğin 26,8 milyonunu nəğd, yerdə qalan hissəsini isə bonuslar şəklində ödəməyə hazırdır.
Qeyd edək ki, Martinesə “İnter” də maraq göstərir.
