“Borussiya”nın yeni baş məşqçisi məlum oldu
13.04.2021 , 18:29
Münhenqladbax “Borussiya”sının yeni baş məşqçisi müəyyənləşib.
Korner.az xəbər verir ki, komandanı yeni mövsümdən Adolf Hütter çalışdıracaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onunla 2024-cü ilin iyununa kimi müqavilə imzalanıb.
O, bu vəzifədə Dortmund “Borussiya”sına keçəcək Marko Rozeni əvəzləyəcək.
