Mövsümün sonunda Yurgen Kloppun Dortmund “Borussiya”sının baş məşqçi postundan gedəcəyi artıq məlumdur.
Korner.az-ın məlumatına görə, “Borussiya” rəhbərliyi növbəti çempionatda komandanı kimə həvalə edəcəyinə aydınlıq gətirib.
Belə ki, yeni mövsümdə “Borussiya”nı Tomas Tuxel çalışdıracaq. 41 yaşlı mütəxəssis 2009-2014 illərində “Mayns”a başçılıq edib. Onun rəhbərliyi altında komanda Bundesliqada uğur qazanaraq iki dəfə Avropa Liqasına vəsiqə qazanıb.
