Almaniya “Bundesliqa”sında mübarizə aparan “Borussiya” Münhenqlabax klubunun məşqçisi Andre Şubert vəzifəsindən azad edilib.
Korner.az-ın məlumatına görə, komandanın bu mövsüm liqada 16 oyuna 4 qalibiyyəti, 4 heç-heçəsi və 8 məğlubiyyəti var.
Alman klubu bu nəticələrdən sonra 16 xalla 14-cü sırada qərarlaşıb.
