“Borussiya”nın futbolçusu üçün 18 milyon avro təklif etdilər
03.01.2025 , 14:25
İngiltərənin “Aston Villa” klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Korner.az xəbər verir ki, Premyer Liqa klubunun əsas hədəfi “Borussiya”da çıxış edən Doniell Malendir.
“Aston Villa” niderlanlı vingeri bu ay transfer etmək istəyir.
Birmingemlilər 25 yaşlı ön xətt oyunçusu üçün Almaniya klubuna 18 milyon avro və bonsular təklif edib.
Niderland millisinin üzvü bu mövsüm Dortmund təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.