“Borussiya”nın futbolçusu sıradan çıxdı
16.04.2020 , 16:12

Almaniyanın “Borussiya” (Dortmund) klubunun müdafiəçisi Dan-Aksel Zaqadu sıradan çıxıb.
Korner.az xəbər verir ki, o, komandanın son məşqlərindən birində sol dizindən zədə alıb.
Zədəsi ciddi olan 21 yaşlı fransalı futbolçu bir neçə həftə məcburi istirahət etməli olacaq.
