“Borussiya”nın futbolçusu ilin ən yaxşısı seçildi
23.12.2020 , 19:32

ABŞ-da 2020-ci ilin ən yaxşı gənc futbolçusu müəyyənləşib.
Korner.az xəbər verir ki, bu “Borussiya”nın yarımmüdafiəçisi Covanni Reynadı. O, ölkəsində ilin ən yaxşısı elan olunub.
Bu barədə ABŞ yığmasının mətbuat xidməti məlumat yayıb. 18 yaşlı futbolçu bu mövsüm Dortmund təmsilçisinin heyətində 13 oyuna çıxıb, 3 qol və 4 məhsuldar ötürmə müəllifi olub.
