Dünən Almaniya Bundesliqasında 8-ci turun oyunları keçirilib. Evdə “Leytspiq”ə məğlub olan (2:3) Dortmund “Borussiya”sının seriyasına son qoyulub.
“Arılar” evdə – “Siqnal İduna Park”da 41 oyunluq məğlubiyyətsiz seriyasına son qoyulub. Dortmundlular bu müddətdə 34 qələbə, 7 heç-heçə ilə yadda qalmışdı.
Qeyd edək ki, bu yenilgiyə baxmayaraq “Borussiya” Bundesliqada turnir cədvəlinin lideridi.
