“Borussiya”dan yeni transfer
22.07.2020 , 16:17

Münhenqladbax “Borussiya”sı heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Bundesliqa klubu “Leyptsiq”dən Hannes Volfu transfer edib. 21 yaşlı yarımmüdafiəçi 2021-ci ilin iyununa qədər icarəyə götürülüb.
Mövsümün sonunda “Borussiya” futbolçunu birdəfəlik ala bilər.
