“Borussiya”dan yeni transfer
18.07.2024 , 19:27

Dortmund “Borussiya”sı hücum xəttini Serhou Guirassy ilə gücləndirib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda, oyunçu ilə 2028-ci ilə qədər müqavilə imzalandığı diqqətə çatdırılıb.
Dortmund təmsilçisi 28 yaşlı futbolçunun sərbəst qalması üçün nəzərdə tutulan 17,5 milyon avronu “Ştutqarta” ödəyəcək.
Ötən mövsüm “Ştutqart”ın heyətində 30 matçda forma geyinən Qirassi 30 dəfə qol qeyd edib.
