“Borussiya”dan yeni transfer
04.02.2025 , 10:00

“Borussiya” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Norşellan”dan Daniel Svenssonu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İsveçli müdafiəçi mövsümün sonuna qədər icarə əsasında Dortmund təmsilçisində çıxış edəcək.
