“Borussiya”dan “Torino”ya?
24.02.2025 , 16:57

“Borussiya”nın yarımmüdafiəçisi Salih Özcan klubundan ayrılmağa yaxındır.
Korner.az xəbər verir ki, o, karyerasını İtaliyada davam etdirə bilər.
27 yaşlı futbolçunun xidmətində “Torino”nun maraqlı olduğu iddia olunur.
İtaliya klubu artıq Özcan üçün “Borussiya”ya rəsmi təklif də göndərib. Transferin mövsümün sonuna qədər baş tutacağı gözlənilir.
Türkiyə millisinin üzvü hazırda “Volfsburq”da icarə əsasında forma geyinir.
