“Borussiya”dan Sanço qərarı
06.05.2024 , 14:58

Bundesliqa klubu “Borussiya Dortmund” “Mançester Yunayted”dən icarəyə götürdüyü Ceydon Sanço ilə bağlı qərarını verib.
Korner.az xəbər verir ki, Almaniya nəhəngi futbolçunu yeni mövsümdə də heyətində saxlamaq istəyir.
Bununla bağlı Dortmund təmsilçisinin idman direktoru Sebastyan Kel açıqlama verib.
Onun sözlərinə görə, tərəflər arasında tezliklə danışıqların olacağı gözlənilir.
Cari mövsüm Dortmund “Borussiya”sı ilə 17 matça çıxan Sanço 3 qol vurub, 1 məhsuldar ötürmə edib.
