“Borussiya”dan “Milan”a?
11.06.2025 , 23:31

“Borussiya”nın müdafiəçisi Niklas Sule İtaliya klubunun transfer hədəfinə düşüb.
Korner.az xəbər verir ki, 29 yaşlı futbolçunun xidmətində “Milan” yaxından maraqlıdır.
Bu barədə xarici KİV məlumat yayıb.
Tərəflər arasında hələlik ilkin danışıqlar baş tutmayıb.
Qeyd edək ki, almaniyalı oyunçu 2022-ci ildən Bundesliqa klubunda çıxış edir.
