“Borussiya”dan İspaniyaya
03.09.2024 , 21:53
“Borussiya”nın hücumçusu Sebastien Haller klubunu dəyişib.
Korner.az xəbər verir ki, o, karyerasını İspaniyada davam etdirəcək.
30 yaşlı futbolçu icarə əsasında “Leqanes”ə keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı oyunçu ilə 2024/2025 mövsümünün sonuna qədər müqavilə imzalandığı bildirilib.