“Borussiya”dan İngiltərəyə?
18.02.2025 , 15:00

“Borussiya”nın (Dortmund) futbolçusu Ceymi Qittens karyerasını İngiltərədə davam etdirə bilər.
Korner.az xəbər verir ki, Dortmund təmsilçisinin vingeri ilə “Arsenal”, “Tottenhem” və “Çelsi” yaxından maraqlanır.
Artıq klublar 20 yaşlı futbolçu üçün rəsmi təklif göndərib.
Gittens bu mövsüm 33 oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib.
