“Borussiya”dan daha bir transfer
04.02.2025 , 13:30

“Borussiya” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Dortmund təmsilçisi “Çelsi”dən Karni Çukvuemekanı icarəyə götürüb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı ngiltərəli yarımmüdafiəçi mövsümün ikinci yarısını Bundesliqa nəhəngində keçirəcək.
