“Borussiya”dan ayrılır, bu kluba keçir
22.04.2025 , 18:17

“Borussiya”nın futbolçusu Yulian Brandt Almaniyada klubunu dəyişə bilər.
Korner.az xəbər verir ki, yarımmüdafiəçinin xidmətində “Verder”in maraqlı olduğu iddia olunur.
Bremen təmsilçisi oyunçu ilə ilkin razılığa gəlib. Brandtla bağlı yekun qərarın yayda veriləcəyi gözlənilir.
Təcrübəli futbolçu 2019-cu ildən Dortmund klubunda forma geyinir.
