“Borussiya”dan ayrılan futbolçu Türkiyə klubunda
12.09.2024 , 14:10
Türkiyənin “Ankaragücü” klubu yeni transferini həyata keçirib.
Korner.az xəbər verir ki, 1-ci Liqa təmsilçisi Dortmund “Borussiya”sından ayrılan Niko Şulzu heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə, təcrübəli futbolçu ilə 2 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.
“Borussiya Dortmund”da cəmi 61 matça çıxan Şulz 1 qol vurub, 3 məhsuldar ötürmə edib.