“Borussiya”dan 23 milyon avroluq transfer
20.07.2020 , 17:23

“Borussiya” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Dortmund təmsilçisi İngiltərənin “Birmingem” klubundan Cuda Bellingemi transfer edib.
17 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. “Borussiya” bu keçid üçün qarşı tərəfə 23 milyon avro ödəyib.
