“Borussiya”da yeni müqavilə
14.11.2020 , 15:04

“Borussiya”da yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, Dortmund təmsilçisi futbolçusu Covanni Reynanın müqaviləsinin müddətini uzadıb.
Bu barədə klubun saytı məlumat yayıb. 18 yaşlı yarımmüdafiəçi ilə 2024-cü ilin yayınadək yeni müqavilə imzalanıb.
Qeyd edək ki, Reyna bu mövsüm 7 matça çıxaraq, 1 qol vurub və 4 qolun ötürməsini verib.
