“Borussiya”da yeni müqavilə
15.06.2020 , 17:41

“Borussiya” futbolçusu Roman Bürkiylə olan müqavilənin müddətini artıracaq.
Korner.az xəbər verir ki, klub qapıçı ilə 2023-cü ilə qədər nəzərdə tutulan yeni sözləşmə imzalayacaq. Yaxın günlərdə rəsmi açıqlamanın veriləcəyi gözlənilir.
Qeyd edək ki, Bürki 2015-ci ildən “Borussiya”nın formasını geyinir.
