Dünya Futbolu

“Borussiya”da yeni hücumçu

11.05.2022 , 17:46

“Borussiya” heyətini yeni futbolçu ilə gücləndirib.

Korner.az xəbər verir ki, Dortmund təmsilçisi “Zalsburq”dan Karim Adeyemini transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı forvardla müqavilənin müddəti 2027-ci ilin yayına qədər artırılıb.

Adeyemi bu mövsüm “Zalsburq”la  41 oyunda 23 qol vurub, 5 məhsuldar ötürmə edib.

Son yazılar

Yuxarı