“Borussiya” klubu ciddi itki ilə üzləşib.
Korner.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Almaniya Superkubokunda “Bavariya” ilə matçda zədələnən Marçel Şmelzerin mövsümün əvvəlini buraxacağı açıqlanıb. Onun bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı qeyd edilib.
Xatırladaq ki, “Borussiya” – “Bavariya” matçı birincilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
