“Borussiya”da ciddi itki
16.02.2024 , 21:51

“Borussiya”nın (Dortmund) hücumçusu Sebastian Haller zədələnib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Kot-d`İvuar millisinin üzvü Afrika Millətlər Kubokunun Nigeriyaya qarşı final matçında sıradan çıxıb.
Topuğundan zədə alan futbolçunun bir neçə həftə yaşıl meydanlardan uzaqda qalacağı gözlənilir.
