“Borussiya”da 5 illik müqavilə
19.11.2019 , 20:22
Almaniyanın “Borussiya” klubu futbolçusu Florian Noyhausun müqaviləsinin müddətini artırıb.
Korner.az xəbər verir ki, Münhenqladbax təmsilçisi 22 yaşlı yarımmüdafiəçi ilə 5 illik yeni sözləşmə imzalayıb.
Qeyd edək ki, futbolçu bu mövsüm Bundesliqada 10 oyuna 1 qol vurub.