“Borussiya” yoxsa “Barselona”?
02.12.2025 , 12:19
Dortmund “Borussiya”sının müdafiəçisi Niko Şlotterbekin klubla müqaviləsini uzadacağı sual altındadır.
Korner.az xəbər verir ki, 26 yaşlı futbolçu yeni anlaşmadan imtina etsə, gələn yay münasib qiymətə komandadan ayrılma şansı əldə edəcək.
“Barselona” Şlotterbekə ciddi maraq göstərir. Baş məşqçi Hans-Diter Flik almaniyalı müdafiəçinin oyununu yüksək qiymətləndirir və transferi şəxsi istəyi ilə dəstəkləyir.
Cari mövsümdə Şlotterbek bütün turnirlərdə 13 matçda iştirak edib və 2 məhsuldar ötürmə edib. Onun “Borussiya” ilə mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.