“Borussiya” yeni transferi üçün gün sayır
31.07.2024 , 23:06

“Borussiya Dortmund”da “Mançester Siti”nin gənc ulduzu üçün geri sayım davam edir.
Korner.az xəbər verir ki, Bundesliqa nəhəngi Yan Koutonun icarəyə götürülməsi ilə bağlı “şəhərlilər”lə razılığa gəlib.
Müqavilədə 25 milyon avroluq məcburi alış opsiyonu da var.
Dortmund təmsilçisi braziliyalı futbolçu ilə 5 illik müqavilə imzalayacaq.
“Mançester Siti” ötən mövsümü “Jirona”da icarə əsasında keçirən 22 yaşlı futbolçunu 6 milyon avroya “Koritiba”dan alıb.
