“Borussiya” xal itirdi, “Bayer” 5-ci pilləyə yüksəldi
18.02.2019 , 11:35

Almaniya bundesliqasında 22-ci turun daha 2 oyunu keçirilib. Günün ilk matçında “Borussiya” “Ayntraxt”ın qonağı olub. Üçüncü pillədə qərarlaşan Münhenqladbax təmsilçisi Ayntraxt səfərində xal itkisi ilə üzləşib – 1:1.
Günün ikinci qarşılaşmasında isə “Bayer” doğma azarkeşləri önündə “Fortuna”nı qəbul edib. Düseldorf təmsilçisinin qapısından 2 cavabsız top keçirən leverkuzenlilər 5-ci pilləyə yüksəliblər.
Tura sabah yekun vurulacaq.
Almaniya Bundesliqası, 22-ci tur
17 fevral
“Ayntraxt” – “Borussiya” (Münhenqladbax) – 1:1
Qollar: D. Da Kosta, 45 (1:0), D. Zakariya, 82 (1:1)
“Bayer” – “Fortuna” – 2:0
Qollar: K. Havertz, 18 (1:0), L. Beyli, 66 (2:0)
18 fevral
“Nürnberq” – “Borussiya” (Dortmund)
