“Borussiya” PSJ-yə qalib gəldi
02.05.2024 , 00:58
Bu gün Çempionlar Liqasında yarımfinalın növbəti ilk oyunu keçirilib.
Korner.az xəbər verir ki, Dortmund “Borussiya”sı PSJ-ni qəbul edib.
“Siqnal İduna Park”da keçirilən matçda Dortmund təmsilçisi qalib gəlib – 1:0.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü mayın 7-i olacaq.
1 may
Çempionlar Liqası
23:00. “Borussiya” (Dortmund, Almaniya) – PSJ (Fransa) – 1:0
Qol: N.Füllkruq, 35
Baş hakim: Entoni Teylor (İngiltərə)