“Borussiya” onu birdəfəlik alır
23.04.2025 , 14:42

“Borussiya” icarə əsasında heyətinə cəlb etdiyi Karni Çukvuemeka ilə bağlı qərar verib.
Korner.az xəbər verir ki, Dortmund təmsilçisi 21 yaşlı futbolçunu birdəfəlik transfer etmək istəyir.
Almaniya klubu yarımmüdafiəçinin keçidi üçün “Çelsi” ilə danışıqlara başlayacaq.
Yanvar ayından Bundesliqada çıxış edən oyunçu bu mövsüm komandanın heyətində 10 oyun keçirib, 1 qol vurub.
