“Borussiya” futbolçusu Pyer-Emerik Obameyanqı “Volfsburq”la bundesliqa matçının heyətindən çıxarıb
Bu haqda Dortmund klubunun rəsmi Tvitter səhifəsi məlumat yayıb. 28 yaşlı hücumçunun intizamsız davranışı səbəbindən belə bir addım atılıb.
Qeyd edək ki, qabonlu futbolçu bu mövsüm ikinci dəfədir bənzər hərəkəti səbəbindən belə cəzaya məruz qalır. Bundan əvvəl o, Barselonada oyunöncəsi gecə klubuna getdiyi üçün bundesliqada “Ştutqart”la görüşün heyətindən xaric edilmişdi.
