“Borussiya” “Mançester Siti”yə, “Yuventus” “Benfika”ya qarşı
25.10.2022 , 10:20

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində 5-ci tur start götürəcək.
Korner.az xəbər verir ki,, 4 qrupda keçiriləcək 8 oyundan sonra pley-offun daha 5 iştirakçısı məlum ola bilər.
E qrupunda “Çelsi” Avstriyada “Zalsburq”a qalib gələcəyi halda, 1/8 finala vəsiqəni təmin edəcək. Qrupun digər matçında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su Xorvatiyada “Milan”ı qəbul edəcək. Virusa yoluxan 25 yaşlı Emreli bu oyunu buraxacaq.
F qrupunda “Leyptsiq” Almaniyada “Real”ı məğlub etsə, qrup 2-cisi kimi pley-offa adlaya bilər. Bunun üçün həm də “Şaxtyor” (Donetsk) Şotlandiyada “Seltik”ə uduzmalıdır.
G qrupunda Dortmund “Borussiya”sı , H qrupunda isə PSJ və “Benfika” 1/8 finalın 1 addımlığındadır.
Daha əvvəl “Napoli”, “Brügge”, “Bayern”, “Real” və “Mançester Siti” pley-off vəsiqəni təmin edib.
Çempionlar Liqası, qrup mərhələsi, 5-ci tur
25 oktyabr
E qrupu
20:45. Zalsburq (Avstriya) – Çelsi (İngiltərə)
23:00. Dinamo (Zaqreb, Xorvatiya) – Milan (İtaliya)
Xal: Çelsi – 7, Zaltsburq – 6, Milan – 4, Dinamo – 4
F qrupu
23:00. Seltik (Şotlandiya) – Şaxtyor (Donetsk, Ukrayna)
23:00. Leyptsiq (Almaniya) – Real (İspaniya)
Xal: Real – 10, Leyptsiq – 6, Şaxtyor – 5, Seltik – 1
G qrupu
20:45. Sevilya (İspaniya) – Kopenhagen (Danimarka)
23:00. Borussiya (Dortmund, Almaniya) – Mançester Siti (İngiltərə)
Xal: Mançester Siti – 10, Borussiya D – 7, Sevilya – 2, Kopenhagen – 2
H qrupu
23:00. PSJ (Fransa) – Makkabi (Hayfa, İsrail)
23:00. Benfika (Portuqaliya) – Yuventus (İtaliya)
Xal: PSJ – 8, Benfika – 8, Yuventus – 3, Makkabi – 3
