“Borussiya” klublarının duelində dortmundlular sevindi
08.03.2020 , 11:57

Almaniya Bundesliqasında 25-ci turun görüşləri keçirilir.
Korner.az xəbər verir ki, Dortmund “Borussiya”sı səfərdə Münhenqladbax “Borussiya”sına 2:1 hesabı ilə qalib gəlib.
Dortmund “Borussiya”sı 51 xalla 2-ci, 46 xalı olan Münhenqladbax “Borussiya”sı isə 5-ci sırada qərarlaşır.
“Borussiya Münhenqladbax” – “Borussiya Dortmund” – 1:2
Qollar: Lars Ştindl, 50 – Torqan Hazard, 8, Əşrəf Hakimi, 71
