Dortmund “Borussiya”sı qış transfer pəncərəsinin ən dəyərli keçidini rellaşdırmaq üzrədir.
Korner.az-ın məlumatına görə, Almaniya təmsilçisi Fransa millisinin keçmiş futbolçusu Lassana Diarranı heyətinə qatır. Tərəflər arasında danışıqlar artıq yekunlaşıb. Yaxın günlərdə imza mərasimi olacaq.
Xatırladaq ki, Diarra son olaraq Moskva “Lokomotiv”ində çıxış edib. Amma ötən yaydan etibarən klublar anlaşmanı pozub. Son olaraq Diarra ötən ilin mayında meydana çıxıb.
