“Borussiya” gənc müdafiəçini birdəfəlik alır
07.05.2025 , 15:10

“Borussiya” futbolçusu Daniel Svensson ilə bağlı qərar verib.
Korner.az xəbər verir ki, Dortmund təmsilçisi qışda icarə əsasında “Norşellan” klubundan heyətinə qatdığı müdafiəçini birdəfəlik alacaq.
Bu barədə “Bild” məlumat yayıb.
Xəbərdə, Bundesliqa nəhənginin 23 yaşlı oyunçu üçün 7,5 milyon avroluq alış opsiyasından istifadə etmək qərarına gəldiyi bildirilib.
Bu mövsüm Dortmund təmsilçisində 14 matça çıxan Svensson 1 qol vurub və 2 məhsuldar ötürmə verib.
