“Çelsi” məğlub oldu, “Benfika”dan qələbə
16.02.2023 , 02:00

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.
Korner.az xəbər verir ki, Premyer Liqada uğursuz çıxış edən “Çelsi” sözügedən turnirdə Almaniyada “Borussiya”nın qonağı olub və 0:1 hesabı ilə məğlub olub.
Günün digər matçında Belçika “Brügge”si evdə Portuqaliyanın “Benfika” klubunun müqavimətini qırmağa çalışsa da bacarmayıb. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə bitib.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
15 fevral
00:00. “Borussiya” (Dortmund, Almaniya) – “Çelsi” (İngiltərə) – 1:0
Baş hakim: Xesus Gil Manzano (İspaniya)
00:00. “Brügge” (Belçika) – “Benfika” (Portuqaliya)
Baş hakim: Davide Massa (İtaliya) – 0:2
