“Borussiya” baş məşqçi ilə müqaviləni yenilədi
23.11.2018 , 19:57

Münhenqladbax “Borussiya”sı baş məşqçisi Diter Hekkinqlə müqaviləni yeniləyib.
Hekkinq 2020-ci ilin yayına qədər komandadakı işini davam etdirəcək.
Qeyd edək ki, almaniyalı mütəxəssis 2016-cı ildən “Borussiya”nı çalışdırır. Onun komandası Bundesliqada 11 turdan sonra 23 xalla 2-ci pillədə qərarlaşıb.
