“Borussiya” 25 milyon avroluq transfer edir
30.07.2024 , 22:25

“Borussiya” (Dortmund) heyətini Yan Kouto ilə gücləndirməyə hazırlaşır.
Korner.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.
Onun xəbərinə görə, Bundesliqa təmsilçisi “Mançester Siti”də çıxış edən sağ cinah müdafiəçisi Kouto ilə şifahi razılığa gəlib.
Almaniya klubu bu transfer üçün “Mançester Siti”yə bonuslar daxil olmaqla 25 milyon avro ödəyəcək.
Koutonun bu həftə tibbi müayinədən keçdikdən sonra “Borussiya” ilə rəsmi müqavilə imzalayacağı gözlənilir.
“Mançester Siti” ilə müqaviləsi 2025-ci ilə qədər davam edən oyunçunun hazırkı bazar dəyəri 25 milyon avro olaraq göstərilir.
Son iki mövsümü icarə əsasında “Jirona”da keçirən futbolçu İspaniya klubunda 95 matçda 5 qol vurub, 17 məhsuldar ötürmə edib.
Mina Musayeva
