“Borusiya”da ciddi itki – Mövsümü bitirdi
01.04.2019 , 17:25

“Borusiya” Dortmund klubunun mərakeş əsilli futbolçusu Əşraf Hakimi zədələnib.
20 yaşlı müdafiəçi ölkə çempionatında “Borusiya” Dortmundun “Volfsburq” klubuna qarşı keçirdiyi görüşdə ayağından zədələnmişdi. Həkim müayinəsindən sonra futbolçunun ayağında qırıq olduğu müəyyənləşib. Futbolçunun mövsümü bitirdiyi qeyd olunub.
Qeyd edək ki, Əşraf Hakimi bu mövsüm “Borusiya” Dortmund klubunun heyətində 21 görüşə çıxıb və 2 qol vurub.
