“Bornmut”dan Türkiyə klubuna?
05.09.2024 , 22:30
“Qalatasaray” yeni transferə hazırlaşır.
Korner.az xəbər verir ki, İstanbul nəhəngi “Bornmut”un yarımmüdafiəçisi Filip Billinqlə maraqlanır.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xəbərdə, futbolçu ilə “Trabzonspor”un da maraqlandığı bildirilir.
Bazar dəyəri 22 milyon avro olan danimarkalı oyunçunun klubu ilə müqaviləsi 2027-ci ilə qədərdir.
“Bornmout”da 192 matça çıxan 28 yaşlı yarımmüdafiəçi 31 qol vurub, 20 məhsuldar ötürmə edib.