Borini klubdan ayrıldığını açıqladı
31.05.2023 , 15:29

3 mövsüm “Karagümrük”də çıxış edən Fabio Borini komandadan ayrıldığını açıqlayıb.
Korner.az xəbər verir ki, 32 yaşlı futbolçu sosial media hesabında vədalaşmağın vaxtı olduğunu bildirib:
“Getməyin vaxtıdır. Birlikdə keçirdiyimiz zamana görə komandaya təşəkkür edirəm”.
İstanbul təmsilçisinin heyətində ümumilikdə 75 rəsmi oyunda iştirak edən Borini 36 qol vurub, 15 məhsuldar ötürmə edib.
