Fransanın “Bordo” klubu yeni baş məşqçisinin adını açıqlayıb. “Bordo”nu bundan sonra Qustavo Poyet çalışdıracaq.
Klub rəhbərliyi bir neçə gün əvvəl Joslen Qurvenneki istefaya göndərmişdi. Onunla yollar uğursuz nəticələrə görə ayrılmışdı. “Bordo” ötən mövsüm onun rəhbərliyi altında çempionatı 6-cı pillədə başa vursa da, cari mövsümdə nəticələr qənaətbəxş deyildi.
