Bordinin bəyənmədiyi futbolçu “Qalatasaray”da
09.01.2020 , 21:53

“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi “Əskişəhərspor”dan Jesse Sekidikanı transfer edib. Futbolçu ilə 4,5 illik müqavilə imzalanıb.
Hücumçu bu mövsümün sonuna qədər 125 min avro maaş alacaq. Növbəti mövsümdən isə onun illik qazancı 250 avro olacaq.
Forvard 2019-cu ilin əvvəlində “Neftçi”də baxışda olub. Amma həmin vaxt “ağ-qaralar”ın baş məşqçisi Roberto Bordin onu bəyənmədiyi üçün müqavilə imzalanmayıb.
